Əkbər Kərimov
Əkbər Kərimov
ƏKBƏR KƏRIMOV fitnesoloq, beynəlxalq idman jurnalisti, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvüdür. Azərbaycanda ilk fitnes kitabının müəllifi, ilk fitnes jurnalının təsisçisi və baş redaktorudur. O, ilk fitnes televiziya verilişinin və ilk radio fitnes layihəsinin ideya müəllifi və rəhbəridir. 2012-ci ildən indiyə kimi fitnes, sağlam həyat tərzi, qidalanma, idman psixologiyası, jurnalistika, ümumi sağlamlıq mövzularını əhatə edən seminar, görüş, forum və təlim proqramlarının ekspert-spikeri, habelə bu istiqamətlərdə təşkil olunan maarifləndirmə layihələrinin ideya müəllifi və təşkilatçısıdır. İdman, mətbuat və maarifçilik sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə bir sıra fəxri diplom, təşəkkürnamə və mükafatlarla təltif edilib. Onun hazırlaşdırdığı kişi və qadın atletlər fitnes kateqoriyaları üzrə üç dəfə Azərbaycan çempionatı, eləcə də ölkə kuboku yarışlarında qalib olub. Müəllif hazırda fitnes və jurnalistika sektorunda yaradıcılığını davam etdirir.