Eduard Bulver-Litton

Eduard Bulver-Litton

Eduard Bulver-Litton

İngilis romançısı, şair, dramaturq və siyasi xadim Eduard Bulver-Litton (1803-1873) Kembricdə Triniti Kollecində oxumuş, ədəbi aləmdə “Heykəl” poeması ilə tanınmış, buna görə mükafata layiq görülmüşdü. “Folklend” adlı ilk romanı 1827-ci ildə çap edilib. Yaradıcılığı boyu 30-dək roman yazıb. “Pelem, yaxud Centlmenin sərgüzəştləri” (1828) macəra-satirik romanı ilə şöhrət qazanıb. “Yucin Eram” (1832), “Pompeyin son günləri” (1834), “Riensi, yaxud sonuncu Roma tribunu” (1835), “Harold, yaxud saksların sonuncu kralı” (1848) tarixi romanları məşhurdur. Bulver- Litton mistisizm və okkultizmlə maraqlanırdı. Bir sıra əsərləri – dəhşət janrındakı “Zanoni” (1842), “Qəribə əhvalat” (1861) və s. məhz bu kontekstdə yazılıb. O, detektiv janrının (“Pol Klifford”, 1830) və roman-antiutopiyanın (“Gələcək irq”, 1871) əsasını qoyanlardan biri, “Rişelye, yaxud sui-qəsd” (1839), “Pul” (1840) və s. tarixi pyes və melodramların müəllifidir. 1831-ci ildə İngiltərə parlamentin aşağı, 1866-cı ildə isə yuxarı palatasına se.ilmiş, 1858-1859-cu illərdə mühafizəkar h.kumətdə Koloniyalar Nazirliyinin stats-katibi olmuşdu.

MÜƏLLİFİN KİTABLARI

Gələcək irq kitabı, əsəri, nəşri, çap məhsulu

Gələcək irq

Eduard Bulver-Litton
ISBN: 9789952540406
Qiymət: 7.90 AZN
Ətraflı »