Aysel Şıxlı

Aysel Şıxlı

Aysel Şıxlı

1994-cü ildə Bakıda yazıçı ailəsində doğulub. Rəsm çəkməyə və nağıllar yazmağa erkən yaşlarından başlayıb. Ədəbiyyata 2020-ci ildə “Mənəm, Yusif” hekayəsi ilə gəlib. İkinci Qarabağ müharibəsinə həsr olunmuş bu əsər “525-ci qəzet”də, daha sonra “44 fəsil – Payızda gələn bahar hekayələri” kitabında çap olunub.
Gənclərin həyatından, dostluqdan, sevgidən, ailə münasibətlərinin onların həyatına təsirindən bəhs edən debüt romanı “Qanadsız mələk” 2022-ci ildə nəşr olunub. 2023-cü ildə işıq üzü görən “Arzuların səyahəti” adlı növbəti kitaba gənc yazarın üç povesti daxil edilib. “Sonsuzadək gülümsəyən uşaq” hekayəsi 2024-cü ildə Mir Cəlal adına IV hekayə müsabiqəsində III yerə layiq görülüb və “Azərbaycan” jurnalında çap edilib. Kitablarının üz qabığını və illüstrasiyalarını özü işləyən gənc yazıçı bu dəfə yeni janra üz tutub. Son illər çox oxunan fentezi janrında yazılmış romanının birinci seriyası işıq üzü görüb. Təsvir etdiyi xəyali planetlə günümüzün reallıqlarını birləşdirib yeni sehrli dünya yaradan müəllif hər birinizi “Paralel dünya”sına səyahətə dəvət edir.

MÜƏLLİFİN KİTABLARI

TEZLİKLƏ
Paralel dünyada kitabı, əsəri, nəşri, çap məhsulu

Paralel dünyada

Aysel Şıxlı
ISBN: 9789952573473
Qiymət: 12.90 AZN
Ətraflı »
TEZLİKLƏ
Paralel dünyada kitabı, əsəri, nəşri, çap məhsulu

Paralel dünyada

Aysel Şıxlı
ISBN: 9789952573473
Qiymət: 12.90 AZN
Ətraflı »
Qanadsız mələk kitabı, əsəri, nəşri, çap məhsulu

Qanadsız mələk

Aysel Şıxlı
ISBN: 9789952540840
Qiymət: 6.90 AZN
Ətraflı »