TEAS Press ˝Ən yaxşı nəşriyyat˝ adını qazandı
29.09.2019
VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən TEAS Press NəşriyyatI sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün "Ən yaxşı nəşriyyat" mükafatına layiq görülüb.
Şərəf Cəlillininin "Seyid İmadəddin Nəsimi: həqq idi, həqq söylədi, həqq dedi" kitabı isə "Ən yaxşı nəşr" mükafatına layiq görülüb.
Qeyd edək ki, sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.
Sərgi-yarmarkada nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanıblar.