˝Bugünün marketinqi 3˝ kitabının təqdimat-imza günü keçirilib
11.03.2019
Teas Press Nəşriyyat evinin yeni çapdan çıxan “Bugünün Marketinqi 3-ün təqdimatı-imza günü keçirilib. Təqdimatda çıxış edən kitabın ideya müəllifi, təsisçisi, marketoloq Rafiq Hunaltay deyib ki, 3-cü seriya ilə birlikdə Bugünün Marketinqi kitab seriyası 2011-2018-ci illər Azərbaycan biznes və marketinq dünyasının ən real güzgüsüdür.
Rafiq Hunaltayın aparıcının "kitabda iştirak edən müəlliflər doğrudanmı öz fikirlərini heç bir qısqancılıq olmaqdan paylaşıblar?" sualına cavabı isə belə olub: “Əslində, sizin (aparıcını nəzərdə tutur-red.) bu sualınıza oxucular daha dəqiq cavab verə bilər. Amma onu deyim ki, zatən qısqancılıq edənlər onsuz da yazmır”. Aparıcı əlavə edib ki, o zaman bu 42 müəllif ən səmimi, təcrübələrini bölüşmək istəyən müəlliflərdir.
Təqdimat çərçivəsində “Bugünün marketinqi” 3 də yazıları dərc olunan müəlliflərə söz verilib.
Sonunda oxucular öz kitablarını müəlliflərə imzalatdırıblar.
Qeyd edək ki, kitabda 42 müəllifin 115 praktik yazısı mövcuddur. Kitab 1500 tirajla TEAS Press Nəşriyyat Evində Türkiyədə çap edilib. Oxucular “Bugünün Marketinqi” 3 kitabını “Libraff” kitab mağazalarından əldə edə bilərlər.