Müasir Azərbaycan kinosu
Müasir Azərbaycan kinosu
Monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan filmlərində sənətkarlıq məsələləri, Qarabağ münaqişəsinin bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi problemlər araşdırılır.
Müstəqillik illərində Azərbaycanda çəkilmiş, demək olar ki, bütün kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, aktyorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir.
Əsər müstəqillik dövrü Azərbaycan kinosunun "Yarasa", "Güllələnmə təxirə salınır", "Sonuncu dərviş", "Ovsunçu", "Qisas almadan ölmə", "Haray", "Yaddaş", "Fəryad", "Hər şey yaxşılığa doğru", "Yalan", "Əlvida, cənub şəhəri", "Arxada qalmış gələcək", "Dolu", "Nabat" və daha neçə-neçə nümunələri əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.
Azərbaycan dilində
ISBN: 9789952513837
276 səhifə
Yumşaq üz qabığı
Ölçü: 148X210 mm