Stoikin gündəliyi
Stoikin gündəliyi
Necə xoşbəxt olmaq olar? Qəzəbimizi necə cilovlaya bilərik? Gerçək uğur nədir? Qismətimizin öhdəsindən gələ, həyatımızı mənalandıra bilərikmi?
Bütün bu suallara stoasizm fəlsəfəsini mənimsəyərək cavab tapmaq olar. Əlinizdəki kitab antik müdrikliyə doğru irəlilədiyiniz zaman sizə bələdçilik edəcək. Bir çox mədəniyyət adamları, alimlər, aktivistlər, imperatorlar, döyüşçülər, müharibə qəhrəmanları yüz illər boyunca bu fəlsəfədən bəhrələniblər, ondan qaranlıqda çıraq, “döyüş”lərdə silah kimi istifadə ediblər. İndi növbə bizdədir. Stoisizm fəlsəfəsindən faydalanaraq həyatımızı asanlaşdıra, zehnimizi təmizləyə, daha güclü, daha mətin, daha səbatlı, daha müdrik, daha dinc bir insan ola, özümüzü tapa, tanıya bilərik. Üç yüz altmış altı gün... Bir il... Hər gün müxtəlif məsləhətlər, ibarələr, əhvalatlar... İmperator Mark Avreli, Seneka, Epiktet və başqa filosoflar sizinlə birgə addımlayacaq, sizə yoldaşlıq edəcək, çətin vəziyyətə düşdüyünüz, büdrədiyiniz, ümidinizi itirdiyiniz, yorulduğunuz zaman əlinizdən tutacaqlar.
Azərbaycan dilində
Rayan Holidey
Stiven Hanselman
ISBN: 9789952563641
404 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm