Ölüm rəqsi
Ölüm rəqsi
100 il əvvəlin eşq və ölüm qoxulu Bakısı...
Dahi rus yazıçısı Lev Tolstoyun belə bir fikri var: “Bütün möhtəşəm hekayələr iki cür başlayır: ya kimsə səyahətə çıxır, ya da hansısa şəhərə yad bir adam gəlir”. Bu hekayənin qəhrəmanı Vilis Vitols həm səyahətə çıxır, həm də yad bir şəhərə gəlir. Həmin şəhər Bakıdır. Vitols onu qoyub getmiş nişanlısını – İlzeni axtarır. Ondan intiqam almaq istəyir. Sonradan Vitols başqalaşır, tamam fərqli bir insana çevrilir. Bakı onu dəyişir. İlze varlı bir erməni tacirin – Ajarovun evində mürəbbiyəlik edir. Əslində, o, Ajarovun məşuqəsidir. Hadisələr XX əsrin əvvəllərində cərəyan edir. Romanı oxuyanda bir yabançının – Latviyadan gəlmiş mühacirin gözləri ilə o dövrün Bakısına baxırıq. Neft, milyonçular, milyonçu olmağa çalışan tacirlər, Bakı və bakılılar, mühacirlər, sağ qalmaq uğrunda mübarizə, insan psixologiyası, xəyanət, Birinci Dünya müharibəsi, vətəndaş müharibəsi, siyasi maraqlar, toqquşmalar, yoluxucu xəstəliklər, aclıq, tamah, ölüm, ölümün müdhiş rəqsi... Bu romanda hər şey var.
Azərbaycan dilində
ISBN: 9789952573220
176 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm