Bakı nefti dünya şahmat taxtasında
Bakı nefti dünya şahmat taxtasında
2005-ci ildə müəllifin "Bakı neftinin itiriləcəyi təqdirdə SSRİ və Avropa faşizm qarşısında duruş gətirə bilərdimi?" adlı kitabı nəşr olunmuş, bu əsər özünə böyük oxucu auditoriyası qazanmışdı. Belə ki, kitabın elektron versiyası internet saytına yerləşdirilmiş və 2 milyondan çox ziyarətçi tərəfindən oxunmuşdu. Bundan əlavə, həmin əsərlə bağlı bir neçə internet-forum və çoxsaylı diskussiyalar keçirilmiş, müəllifin poçtuna xeyli şərh və təkliflər daxil olmuşdu.
Təqdim olunan hazırkı "Bakı nefti dünya şahmat taxtasında. 1939-1945" adlı kitab bir növ "Bakı neftinin itiriləcəyi təqdirdə SSRİ və Avropa faşizm qarşısında duruş gətirə bilərdimi?" əsərinin davamı və daha çox onun yenidən işlənmiş variantıdır.
Xatırladaq ki, bu kitabda II Dünya müharibəsinin müxtəlif aspektlərinə, ilk növbədə neftlə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Bu, II Dünya müharibəsinin əsas hadisələri kontekstində Azərbaycanın hərtərəfli rolu məsələsinə nəzər salan ilk kitabdır.
Əvvəllər məxfi saxlanılan bəzi faktlar və fotoşəkillər də kitabda təqdim olunub.
Azərbaycan dilində
ISBN: 9789952513745
564 səhifə
Ölçü: 165 x 240 mm