Fərid Novruzi

Fərid Novruzi
Fərid Novruzi 1977-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini bitirib, 2002-ci ildə Qərb Universitetində MBA dərəcəsi alıb. Ailəlidir, yeddi övladı var. 1999-cu ildə “Novco Trade” şirkətini yaradıb. Hazırda bu şirkətin Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistanda bir çox mağazaları fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti, 2022-ci ildən isə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası İdarə Heyətinin sədridir. Ölkəmizdə və dünyada iş adamı, alpinist və səyyah kimi tanınır. 2010-cu ildən etibarən səyyah kimi 100-dək ölkədə olub. Azərbaycandan yeganə şəxsdir ki, 60 min km məsafə qət edərək dünyanı təyyarəyə minmədən dövr edib. Səfər 6 qitəni, 40 ölkəni əhatə etməklə 158 gün davam edib. Alpinist kimi isə 27 zirvədə olub.