“3 alma” I Uşaq Kitab Festivalında iştirak etdi.
03.04.2022
Aprelin 2-3-də Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “ANAİB I Uşaq Kitab Festivalı”nda 3 alma nəşriyyatı iştirak etmişdir.
Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimində 3 alma da qalibləri kitab hədiyyələri ilə təbrik etdi.
Bundan başqa, tədbirdə yazıçılar Xülya Cəfərova, Fənarə Bünyadzadə, Zahid Xəlil, Şəfəq Mehrəliyeva, Aybəniz İsmayılova, Gülzar İsayeva, Nərmin Mahmudova, Rüfət Qafarov ilə təqdimat və imza günləri baş tutmuşdur.