TEAS Press Nəşriyyat evi “III Gəncə Kitab Sərgisi”ndə iştirak etdi
09.12.2024
6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçirilib.
TEAS Press Nəşriyyat Evinin də iştirak etdiyi sərgidə bütün kitablara 30%-dək endirim tətbiq olunmuş, məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri təşkili olunmuşdur. Sərgidə Elxan Elatlı ilə iki gün ərzində izdihamlı görüş və imza saatları təşkil olunub. Sərginin ilk günü kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov da stendimizi ziyarət edərək nəşrlərimizlə yaxından tanış oldular.