Azərbaycanın ilk fitnes kitabı ictimaiyyətə təqdim olundu.
02.03.2025

Azərbaycanın ilk fitnes kitabı ictimaiyyətə təqdim olundu.Beynəlxalq idman jurnalisti və fitnesoloq Əkbər Kərimovun müəllifi olduğu "Fitnes nədir?" kitabınının təqdimatı və imza saatı keçirildi.

Tədbirdə ictimaiyyət və media nümayəndələri, oxucular iştirak edirdi. Müəllif qonaqlara kitab haqqında ətraflı məlumat verdi. Daha sonra yazıçı Aqil Abbas, Əməkdar artist Tahir İmanov və digər qonaqlar çıxış etdilər.

Sonda müəllif oxucular üçün kitablarını imzaladı və xatirə fotoları çəkdirildi.

Kitaba ən vacib və aktual 100 mövzu daxil edilib. "Fitnes nədir?" kitabını bütün "LIBRAFF" mağazalarından əldə edə bilərsiniz.